AUT.AZ

“Qarabağ” yenə də Konfrans Liqasının pley-offunda!

Qarabağ” ardıcıl ikinci mövsüm Avropa Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Aut.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.

Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.

Xatırladaq ki, “Qarabağ” 2021/22 mövsümündə də Konfrans Liqasının pley-offunda mübarizə aparıb.

Exit mobile version