AUT.AZ

İki prezidentin həbsi tələb olunur

Neapol prokurorluğu “Napoli”nin prezidenti Aurelio De Laurentis və “Atalanta”nın prezidenti Antonio Perkassinin həbs olunmasını tələb edir.

Aut.az xəbər verir ki, onlar futbolçuların satışında fırıldağa yol verməkdə ittiham olunurlar.

Prokuror onların 1 il müddətinə həbs olunmasını istəyir. Həmçinin, “Milan”ın keçmiş baş direktoru, hazırda “Monza”da eyni postu tutan Adriano Qalliani də həbs cəzası ala bilər. Prokuror onun üçün 1 il 1 ay həbs istəyib.

İttiham tərəfi “Latsio”nun prezidenti Klaudio Lotito və “Fiorentina”nın prezidenti Andrea della Valleyə bəraət verilməsini istəyib.

İş materiallarında deyilir ki, söhbət “yalan hesablardan” istifadədən gedir. Uydurma əməliyyatlar sayəsində futbol klublarının xəzinəsinə qeyri-qanuni gəlirlər daxil olub.

Aut.az

Exit mobile version