AUT.AZ

Borcunu ödəmir

ÇSKA klubu yarımmüdafiəçisi Çidera Ejuka üçün “Herenven”ə 3,1 milyon avro borcludur. 

Aut.Az xəbər verir ki, bu barədə “Voetbal International” məlumat yayıb.

Mənbənin məlumatına görə, Rusiya klubu 2 il əvvəl transfer etdiyi futbolçunun pulunu ödəməyib.

Ejuka 2020-ci ilin avqustunda Niderland klubundan ÇSKA-ya keçib. “Transfermarkt” futbolçunun keçid qiymətini 11,5 milyon avro göstərib. Amma “Herenven”in direktoru Sis Ruzemond bildirib ki, ordu kklubu SWIFT sistemi vasitəsilə köçürmələrdə yaranan problemlərə görə qalan 3,1 milyon avro ödənişi edə bilməyəcəklərini çatdırıblar.

Exit mobile version