AUT.AZ

Azərbaycanın reytinqini artırdı

Avrokuboklarda qrup mərhələsinə yekun vuruluqdan sonra UEFA reytinq siyahısını yeniləyib.

Aut.Az xəbər verir ki, siyahıda bəzi dəyişikliklər olub.

Qardaş Türkiyə bir, İsveçrə üç pillə irəliləyib. Əvəzində Norveçlə İsveçrə geriləyib. Bütün bu dəyişikliklər 12-16-cı yerlərdə yaşanıb.

Azərbaycana gəlincə, “Qarabağ”ın Bakıda “Frayburq”la görüşündəki heç-heçə (1:1) sayəsində xal hesabı 0,250 artıb. Nəticədə bu mövsümkü qazancımız 3,500 xal olub. Ölkəmizin ümumi qazancı isə 16,125-ə çatıb. Bununla belə, Azərbaycan Avropada 29-cu pillədə qalıb.

Qeyd edək ki, siyahıya 103,141 xalla İngiltərə başçılıq edir.

Exit mobile version