AUT.AZ

126 milyona alıblar, indi yükdür

“Atletiko” portuqaliyalı hücumçu Joao Feliksi və daha bir neçə futbolçunu satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb. Qeyd olunur ki, “hindular” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra itirilən vəsaiti kompensasiya etmək üçün yol axtarır.

Bunun üçün “Atletiko” bir sıra futbolçularla ayrılmaq məcburiyyətində qalacaq. Onların arasında Feliksdən başqa, yarımmüdafiəçilər Rodriqo De Paul, Tomas Lemar və Yannik Ferreyra Karrasko da var. “Atletiko”nu bu 4 oyunçudan ən azı ikisi tərk edəcək.

Xatırladaq ki, “Atletiko” 22 yaşlı Feliksi 2019-cu ilin iyulunda 126 milyon avroya alıb.

Aut.az

 

Exit mobile version