AUT.AZ

Zidan Fransa yığmasında

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcək.

Aut.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Serxio Valentin verib. O, “Tvitter”də yazıb:

“İl yarım əvvəl Zidan “Real”dan ayrılarkən demişdim ki, o, Fransa millisini gözləyəcək, heç bir klubu çalışdırmayacaq.

Bu gün gözləmə bitdi: Dünya çempionatından sonra Fransa yığmasına Zinəddin Zidan rəhbərlik edəcək”.

Zidan 1994-2006-cı illərdə Fransa millisində çıxış edib, 108 oyun keçirib, 31 qol vurub. O, milli komandanın heyətində  1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.

Aut.az

Exit mobile version