AUT.AZ

Yeni baş məşqçisi açıqlandı

Türkiyəli iş adamı Acun Ilıcılının sahibi olduğu “Hall Siti” klubunun yeni baş məşqçisi məlum olub.

Aut.az xəbər verir ki, Çempionşip təmsilçisini Liam Rozenyor çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı ingiltərəli mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, son iş yeri “Derbi” olan Liam Rozenyor “Hall Siti”nin baş məşqçisi postunda Şota Arveladzeni əvəz edib.

Exit mobile version