AUT.AZ

Rekordunu yenilədi

“Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Türkiyə millisinin sabiq üzvü Burak Yılmazın UEFA Çempionlar Liqasındakı rekordunu yeniləyib.

Autt.Az xəbər verir ki, təcrübəli ulduz bu nəticəni Şotlandiya “Seltik”inə qarşı keçirdikləri ev oyununda 11 metrlik cərimə zərbəsindən fərqlənməklə reallaşdırıb.

Rəqib qapısına 6-cı dəqiqədə yol tapan Luka bu turnirdə penaltidən qol vuran ən yaşlı futbolçuya çevrilib. Təcrübəli futbolçu penaltini dəqiq yerinə yetirərkən 37 yaş 54 günlüyündə olub. Burak Yılmazda isə bu göstərici 36 yaş 244 gündür.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada “Real Madrid”in 2:0 hesabı ilə öndədir.

Exit mobile version