AUT.AZ

“Neftçi” “Başakşəhər” və “İnter”lə bir qrupda

“Neftçi”nin U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə noyabrın 16-da İstanbul şəhərində keçiriləcək Can Bartu beynəlxalq turnirində iştirak edəcək.

Aut.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri “B” qrupunda İtaliyanın “İnter” (Milan), Türkiyənin “Başakşəhər” və “Altay” klubları ilə mübarizə aparacaq.

“Yuventus”, “Atletiko”, “Vilyarreal”, ÇSKA (Sofiya), “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray” kimi klubların da qatılacağı Can Bartu turnirində 5 ölkədən 16 komanda 4 qrupda yarışacaq.

Exit mobile version