AUT.AZ

Müxtəliflik siyasətinə əməl etməmək – 25 min cərimə

Ueyn Runinin “Di Ci Yunayted”in baş məşqçisi təyin edilməsi cərimə ilə nəticələnib.

Aut.az “The Independent” nəşrinə istinadən xəbər verir  Amerika komandası Runini işə götürərkən müxtəliflik siyasətinə əməl etmədiyi üçün 25 min dollar cərimə ödəməli olacaq.

Runinin təyin edilməsindən əvvəl “Di Ci Yunayted” namizəd məşqçilərin son siyahısına  “az təmsil olunan qrupların”  – qaradərili və ya afroamerikalıların ən azı iki nümayəndəsini daxil etməli idi.

Menecerlər belə qrupların iki nümayəndəsi ilə görüşüblər, lakin onlardan biri yekun siyahıya salına bilməyib. Çünki müsahibə zamanı məlum olub ki, o, baş məşqçi postuna müraciət etmək hüququna malik deyil.

MLS hesab edib ki, klub rəhbərliyi bəlli qrupdan, əlavə bir namizədlə də görüşməli idi.

Aut.az

Exit mobile version