AUT.AZ

Mövsümün sonunda ilk “dördlük” belə olacaq – İngiltərədə

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill İngiltərə Premyer Liqasında mövsümün sonu üçün proqnoz verib.

Aut.az xəbər verir ki, Nevill Premyer Liqada ilk “dördlük”də hansı komandaları gördüyünü də açıqlayıb. O, “Mirror” nəşrinə açıqlamasında belə deyib:

“Aydındır ki, “Manşester Siti”nin ilk “dördlük”də olacağlna təminat var. Düşünürəm ki, “Tottenhem” də orada olacaq. “Arsenal”ın da adını çəkərdim. Bu mövsüm ikiyə bölünəcək və ikinci yarıda siz çempionatın hansısa nöqtəsində tam fərqli sürət dəyişikliyini və yerdəyişməni görəcəksiniz.

Düşünürəm ki, fevral və mart aylarında hər şey xaosa çevriləcək, lakin mövsümün sonunda “dördlük” belə olacaq: “Siti”, “Arsenal”, “Tottenhem”, “Yunyated”. Çətin ki, “Çelsi” ilə “Liverpul” ora düşə bilsinlər.

Amma düzünü desəm, “Arsenal”la bağlı bir qədər şübhəm var.  Mövsümün sonuna qədər öz varlıqlarını sübut etməlidirlər. Amma hazırda onların oyunlarını izləməyi xoşlayıram, əladırlar”.

Aut.az

Exit mobile version