AUT.AZ

Milyon dollarlıq turnirə məğlubiyyətlə başladı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Global Championship” onlayn turnirinin final mərhələsində mübarizəyə başlayıb.

Aut.Az xəbər verir ki, səkkiz şahmatçının iştirakı ilə təşkil olunan həlledici mərhələnin açılış günündə 1/4 finalın ilk 4 oyunu baş tutub.

 

Bu mərhələdə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələn 35 yaşlı qrossmeysterimiz görüşlərinin üçünü heç-heçə, digərini məğlubiyyətlə başa vurub. Beləliklə, hesab hazırda 2,5:1,5 rəqibin xeyrinədir. Bu gün mərhələnin növbəti görüşləri keçiriləcək.

Cütün qalibi yarımfinalda Nihal Sarin (Hindistan) ilə Samuel Sevyan (ABŞ) arasındakı matçın qalibi ilə üz-üzə gələcək.

Digər 1/4 final oyunlarında Hikaru Nakamura (ABŞ) Yan-Kşiştof Duda (Polşa) ilə, Uesli So (ABŞ) Dmitri Andreikin (FIDE) ilə münasibətləri aydınlaşdırır.

Turnirin mükafat fondu 1 milyon 100 min dollardır. Qalib 200 min dollar qazanacaq.

Qeyd edək ki, Rəcəbov final mərhələsinə kimi çinli Hou Yifanı, dünya şahmat tacına iddialı rusiyalı Yan Nepomnyaşini və hindistanlı Arcun Eriqaysini məğlub edib.

Exit mobile version