AUT.AZ

Kvaratsxeliyanın avtomobilini oğurladılar

“Napoli”nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya qarət edilib.

Aut.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, oğrular oyunçunun “Mini Countryman” markalı avtomobilinin açarlarını oğurlayaraq maşını qaçırıblar.

Hadisə nəticəsində gürcü futbolçunun xəsarət almadığı bildirilir. Futbolçu Kastel-Volturnoda məşqə çıxmazdan əvvəl hadisə barədə polisə məlumat verib. Araşdırma aparılır.

Xviça “Napoli”yə bu yay Batumi “Dinamo”sundan 10 milyon avroya keçib. Bu mövsüm Kvaratsxeliya İtaliya A Seriyasında və Çempionlar Liqasında “Napoli”nin heyətində 17 oyun keçirib, 8 qol vurub, 10 məhsuldar ötürmə edib.

Aut.az 

Exit mobile version