AUT.AZ

İbradan Mbappenin valideynlərinə: Səsinizi kəsin

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç PSJ-nin hücumçusu Kilian Mbappenin davranışına münasibət bildirib.

Aut.az xəbər verir ki, İbra Kilianın “Real”ın təklifindən imtina edərək Paris klubunda qalmasına da münasibət bildirib. O, “Marca”ya açıqlamasında belə deyib:

“Mbappeni şəxsən tanımıram, amma bir oyunçu kimi fantastikdir. Ancaq unutmaq olmaz ki, intizamı itirəndə şəxsiyyətini də itirirsən. Zidanın Zidan olmasının bir səbəbi var. Mbappe onu təqlid etmək istəyir? O, inkişaf haqda düşünməlidir.

O, özü üçün deyil, Paris üçün düzgün qərar verdi. Elə bir vəziyyət yaratdı ki, klubdan daha önəmli göründü. Məsələ burasındadır ki, klub da bunun üçün hər cür imkan yaratdı. Amma heç vaxt bir klubdan artıq ola bilməzsən.

Səbəb onun valideynləri, vəkilləri, agentləri, məşqçiləridir. Problem onlardadır. İndi yeni nəslin valideynləri inanırlar ki, özləri ulduzdurlar. Dayanmadan müsahibələr verirlər. Siz kimsiniz axı? Səsinizi kəsin, oğlunuz çalışmalı və intizamlı olmalıdır”.

Mbappe cari mövsüm başlamazdan əvvəl “Real”a keçə bilərdi, lakin PSJ-də qalmağa qərar verdi.

Aut.az

Exit mobile version