AUT.AZ

Cəmisi 2 dəqiqəyə bilib ki, o, əla futbolçudur  

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gənc müdafiəçi Riko Lyuis haqda fikirlərini bölüşüb.

Lyuis Çempionlar Liqasının 6-cı turunda “Sevilya” ilə oyunda (3:1) qol vurub. Aut.az xəbər verir ki, Qvardiola Rikonun yaxşı futbolçu olduğunu müəyyənləşdirmək üçün cəmisi 2 dəqiqəyə ehtiyacı olduğunu bildirib:

“O, çox ağıllıdır! Onu ayaqda alqışladılar, çox yaxşı oynadı. Biz onu hər gün izləyirik. Burada kiməsə hədiyyə də vermirik. O, təkcə “Siti” akademiyasının yetirməsi olduğu üçün oynamır, buna layiq olmaq lazımdır.

Biz onu ABŞ-da mövsümöncəsi “Bavariya” ilə oyunda bir neçə dəqiqə meydana buraxdıq. Onun cəmisi 17 yaşı var. Mənə 2 dəqiqə bəs etdi ki, onun əla futbolçu olduğuna əmin olum”.

 

Aut.az

 

Exit mobile version