AUT.AZ

Azarkeşlərin stadiona girişi qadağan edildi

Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” oyunu meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Bildirilib ki, Premyer Liqanın 12 turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ”nin azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.

Exit mobile version