AUT.AZ

Allah bu işi planlaşdırdı ki… – Messinin heyrətamiz çıxışı

“Netflix” Lionel Messinin 2021-ci ildə keçirilən Amerika Kubokunun final oyunundan öncəki çıxışını yayıb. Ötən ilin yayında Argentina millisi “Marakana”da keçirilən finalda Braziliyaya qalib gəlmişdi (1:0).

Aut.az xəbər verir ki, “Netflix” Argentinanın qələbəsi ilə bağlı sənədli film hazırlayıb. Filimdə Messinin komanda yoldaşlarını ruhlandıran nitqinə də yer verilib:

“Biz çox gözəl bilirik ki, Argentina və Braziliya millisi nə deməkdir. Bu gün bu haqda danışmaq istəmirəm. Bu gün mən sizə bu 45 gün üçün təşəkkür etmək istəyirəm, biz heyrətamiz bir komanda topladıq. Gözəl insanların olduğu bu komandadan böyük zövq aldım.

45 gün ərzində nə köçdən, nə yeməkdən, nə otellərdən, nə də meydançalardan şikayət etmədik. 45 gün ailələrimizi görmədik. Martines və Kuarta ata oldular və hələ də uşaqlarını görməyiblər. Amma kubokun bir addımlığındayıq və bunu edib-etməyəcəyimiz özümüzdən asılıdır.

Argentina millisinə həmişə dəstək olan ailə və dostlarımızla qələbəni bölüşmək üçün çıxıb bu kuboku qazanacağıq.

Bu turnir Argentinada keçirilməli idi, lakin Allahın iradəsi ilə  bura – Braziliyaya köçürüldü. Allah bu anı bizim üçün daha da xüsusi etmək, kuboku “Marakana”da qaldırmağımız üçün bunu planlaşdırdı.

Gəlin soyuqqanlı və inamlı çıxaq meydana, çünki bu kuboku evə aparmalıyıq”.

Aut.az

Exit mobile version