AUT.AZ

ABŞ turnirinə erməni üzərində qələbə ilə start verdi

Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Fall Chess Classic” turnirinə qələbə ilə başlayıb.

Aut.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster açılış turunda qara fiqurlarla ermənistanlı Aram Hakobyanla qarşılaşıb. Matç 24-cü gedişdə təmsilçimizin qələbəsi ilə yekunlaşıb

 

Hans Nimann (ABŞ), Vidit Santoş Qucrati (Hindistan) və Yu Yangyi (Çin) kimi tanınmış qrossmeysterlər də daxil olmaqla, 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa noyabrın 10-da yekun vurulacaq.

Exit mobile version