AUT.AZ

8 illik həsrətə son qoydu

“Milan” Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Zalsburq”u məğlub edib – 4:0.

Aut.az xəbər verir ki, aktivinə növbəti 3 xalı yazdıran “qırmızı-qaralar” qrup mərhələsini 2-ci sırada bitirib və 1/8 final mərhələsinə vəsiqə qazanıb.

“Milan” turnirdə 8 il sonra qrupdan çıxıb. Komanda sonuncu dəfə 2014-cü ildə “Barselona”, “Ayaks” və “Seltik”lə mübarizə apardığı H qrupunda 2-ci olaraq 1/8 finala adlamışdı.

Exit mobile version