AUT.AZ

Gecələr ayılır, gözünə yuxu getmir- Messinin etirafı

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messinin keçmiş agenti Fabian Soldini argentinalı futbolçu ilə səmimi söhbətindən danışıb.

Aut.az xəbər verir ki, Fabian infobae.coma-a açıqlamasında belə deyib:

“2015-ci ildə Messini evində ziyarət etdim. Uzun müddətdən sonra ilk dəfə idi görüşdük. Leo mənə dedi: “Fabi, artıq bir ildir ki, gecələr yata bilmirəm. Yuxudan ayılıram və Braziliyada keçirilən dünya çempionatında Almaniya ilə final oyunu haqda düşünürəm.

Gözümə yuxu getmir”. Sizi əmin edirəm, o final Messinin başını fırladıb”.

Aut.az

Exit mobile version