AUT.AZ

Yanvardan başqa klublarla danışıqlara başlaya bilər

Markus Reşford “Mançester Yunayted”i tərk edə bilər.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” Reşforda yeni müqavilə təklif etməsə, o, yanvar ayından başqa klubla danışıqlara başlayacaq. Bu barədə “The Sun” məlumat yayıb.

Məsələ burasındadır ki, hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Yəni Reşford yanvarın 1-dən etibarən digər komandalarla danışıqlar aparmaq hüququna malikdir. “Yunayted” bunun qarşısını almaq üçün müqaviləni bir il uzatmaq variantından istifadə etməyi planlaşdırır.

Mənbənin sözlərinə görə, Reşford xarici liqalardan gələn komandaların təkliflərinə baxacaq. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, planlarına uyğun gəldiyi üçün hücumçunun qalmasında israr edir.

Aut.az

Exit mobile version