AUT.AZ

Sifətinə lazer şüası yönəltdilər, amma… – Fotolar

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun Portuqaliyada keçirilən oyununda “Sportinq” azarkeşləri “Ayntraxt”ın hücumçusu Daiti Kamadeyə lazer şüası ilə təsir göstərməyə çalışıblar.

Aut.az xəbər verir ki, hakim 59-cu dəqiqədə “Sportinq”in qapısına penalti təyin edib. “Ayntraxt”ın yaponiyalı hücumçusu Daiti Kamada penalti nöqtəsinə yaxınlaşarkən lissabonlu azarkeşlər onun sifətinə lazer şüası salmaqla, mane olmağa çalışıblar.

Ancaq onların bu təzyiqi bəhrə verməyib, azarkeşlərin hərəkətinə gülümsəməklə reaksiya verən Daiti penaltini dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib. “Ayntraxt” sonra daha bir qol vuraraq oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

Aut.az

Exit mobile version