AUT.AZ

Ötən il dərs alıblar, deyir ki, çətin olacaq

Çempionlar Liqasında mübarizəni dayandıran “Barselona” Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.

Aut.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi bu turnir haqda fikrini bildirib. O, Avroliqanın qalibi olmağın çox çətin olduğunu deyib:

“Başa düşürəm ki, bizi orada favorit adlandıracaqlar. Avropa Liqasını qazanmağa çalışmalıyıq, amma keçən il bunun çox çətin turnir olduğunu gördük. Bu il orada hansı komandaların oynadığını nəzərə alsaq, “Barsa” üçün çox ağır olacaq”.

Ötən mövsüm “Barselona” Avropa Liqasının 1/4 finalında Frankfurt “Ayntraxt”ına ümumi hesabda uduzaraq, mübarizəni dayandırıb.

Aut.az

Exit mobile version