AUT.AZ

Noyer 3 dəfə əməliyyat olunub – xərçəngə görə

“Bavariya”nın və Almaniya millisinin qapıçısı Manuel Noyer dəri xərçəngindən əziyyət çəkib.

Aut.az xəbər verir ki, bu barədə qapıçı özü məlumat verib. O, xərçəngə görə 3 dəfə əməliyyat olunduğunu etiraf edib:

“Mənim dəri xəstəliyi ilə bağlı şəxsi tarixçəm var. Üzümdə dəri xərçəngi var idi. Bu səbəbdən 3 əməliyyat keçirməli oldum. İndi günəşdən qorunmağa daha çox fikir verirəm, çünki hər zaman açıq havada məşq edirəm və boş vaxtlarımı təbiətdə keçirməyi xoşlayıram”.

Xatırladaq ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. Futbolçu “Şalke”nin yetirməsidir. 2009-cu ildən Almaniya millisinə çağırılıb. Almaniya millisinin heyətində dünya çempionu olub. Braziliyada keçirilən mundialda ən yaxşı qapıçı seçilib.

Aut.az

Exit mobile version