AUT.AZ

Neymarı faşistlərə dəstək olmaqda ittiham etdi

Məşhur braziliyalı sabiq futbolçu Juninyo Pernambukano PSJ-nin hücumçusu Neymarı ittiham edib.

Aut.az xəbər verir ki, Juninyo həmyerlisini faşistlərə dəstək olmaqda günahlandırıb.  O, sosial şəbəkə səhifəsində belə yazıb:

“Neymarı sağçıların yanında görmək məni incidir. Onlar faşistləri dəstəkləyirlər. Biz isə aşağıdan gəlirik, biz xalqıq”.

Neymar Braziliyada keçirilən prezident seçkilərindən əvvəl Jair Bolsonaroya dəstək məqsədilə TikTok üçün videoçarxın çəkilişində iştirak edib. Videoda Neymar Bolsonaronun kampaniya musiqisinin sədaları altında rəqs edir.

Bundan sonra bir çox sosial şəbəkə istifadəçi futbolçunu tənqid edib. Oktyabrın 31-də keçirilən seçkilərdə Bolsonaro məğlub olub, Luis İnasio Lula da Silva qalib gəlib.

Aut.az  

 

Exit mobile version