AUT.AZ

Muzdlu azarkeş toplayır

Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər yeni ideya həyata keçirməyə başlayıb. 

Aut.Az xəbər verir ki, təşkilatçılar muzdlu azarkeş yığır.

 

Qətər bir neçə ölkədən 1600 azarkeş “almağı” planlaşdırır. Niderland millisinin azarkeşlərinin nümayəndəsi Leon van der Vilk məlumatı təsdiqləyib: “Açılış matçı ilə bağlı planımız var. Bundan başqa, mütəmadi olaraq Qətərin müxtəlif yerlərində formalarımızla tədbirlərə qatılacaq, ölkəni təbliğ edəcəyik. Bunun üçün ərəblər ödəniş ediblər”.

Məlumatda qeyd olunur ki, Qətər bu addımı DÇ-də azarkeş qıtlığı yaranacağından ehtiyat etdiyi üçün atmır. Ərəblər muzdlu azarkeşin qalma və digər xərclərini təbliğat məqsədi ilə ödəyir. Bunun müqabilində qonaqlar sosial şəbəkələrdə bu ölkəni tanıtmalı və reklam etməlidir. Onlar mundial və təşkilatçılar haqqında müsbət təbliğat aparmalı, sosial şəbəkələrdə təhqiredici məzmunlu paylaşımlarla bağlı məlumat verməli, təşkilat komitəsinin xəbərlərini paylaşmalı və açılış matçında iştirak etməlidir”.

Qeyd edək ki, Qətərin artıq belə təcrübəsi var. Belə ki, Qətər 2015-ci ildə ev sahibliyi etdiyi həndbol üzrə Dünya Çempionatında ispaniyalı azarkeşləri “alıb”.

Exit mobile version