AUT.AZ

İdmançı qızına amansız işgəncə verən ata axtarışa verildi – Video

Oktyabrın 28-də serb ictimai xadimi İqor Yuriç Belqradın “Servena Zvezda” klubunun tennis kortundan çəkilmiş videonu yayıb.
Aut.az xəbər verir ki, videoda orta yaşlı kişi gənc qızı döyür.

Kişi əvvəlcə qızın başına bir neçə zərbə endirir. Daha sonra skamyada oturan qızı yerə yıxaraq təpikləməyə başlayır.

Yuriç məişət zorakılığına və qadınlara qarşı zorakılığa qarşı mübarizə aparan fəallardandır.  O, 2014-cü ildə qızı öldürüləndən sonra bu yolu tutub.

İctimai fəal, videonu ona klubda çalışan məşqçilərdən birinin göndərdiyini bildirib. Onun sözlərinə görə, kadrlardakı ata və qız Çindən gəliblər və uzun müddətdir Serbiyada yaşayırlar.

Döyülməyə səbəb kimi isə məşqçilərin birinin rəyindən sonra atanın qəzəblənməsi göstərilir. Məşqçi bildirib ki, qızın böyük potensialı var, amma öz üzərində çalışmır. Bundan sonra ata qızına amansız şiddət göstərib.

Yuriç artıq hüquq-mühafizə orqanlarına məlumat göndərib və prokurorluğun nümayəndəsi bildirib ki, onlar qızını döyən kişini axtarırlar, lakin hələ də tapa bilməyiblər.

Aut.az

Exit mobile version