AUT.AZ

Dünya çempionunu ağır cərimələdi

“Bayern Münhen”in müdafiəçisi Benjamin Pavard klubu tərəfindən cəzalanıb.

Aut.Az xəbər verir ki, buna səbəb onun ötən ay sərxoş halda avtomobil idarə edərkən saxlanılmasıdır.

Fransa ilə dünya çempionu olan futbolçunun sürücülük vəsiqəsi ləğv edilib. Klubun idman direktoru Həsən Salihamidjiç Pavardın intizam pozuntusundan xəbər tutduqdan sonra onu ağır cərimələyib. Almaniya nəşri bunun beşrəqəmli məbləğ olduğunu yazıb.

Benjamin Pavard son vaxtlar formada düşüb və “Bayern Menhen”in əsas heyətində yerini itirib. Almaniya çempionu onunla müqavilənin uzadılması barədə danışıqdan imtina edir.

Exit mobile version