AUT.AZ

Deyir ki, evdə qırmızı şərabla yaxşıdır

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola dünya çempionatının izləmək üçün Qətərə getmək fikrində olmadığını bildirib. Aut.az xəbər verir ki, Qvardiola AS nəşrinə açıqlamasında deyib ki, mundialı evdən izləyəcək:

“Evdə – qırmızı şərabla daha yaxşıdır. Komanda bir neçə gün istirahət edəcək, bundan sonra biz Abu-Dabiyə gedəcəyik və mövsümün bərpasından əvvəl yoldaşlıq oyunu keçirəcəyik. Narahatıq, bilmirik ki, futbolçularımız dünya çempionatından sonra düşərgəyə hansı vəziyyətdə qayıdacaqlar”.

Xatırladaq ki, Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. “Mançester Siti” 12 oyundan 29 xal toplayıb və İngiltərə Premyer Liqasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version