AUT.AZ

Devid Bekhemin xanımını kim ağladıb?

48 yaşlı britaniyalı müğənni və dizayner Viktoriya Bekhem 2022-ci ilin sentyabrında Parisdəki şousunun debütü zamanı  niyə ağladığını etiraf edib.

Aut.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hello Magazine” yazıb.

Məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı həmin gün çox xoşbəxt olduğunu və uzun fasilədən sonra bütün ailəsinin bir araya gəldiyini bildirib:

“Mən şoudan dərhal sonra çıxıb uçuş-enmə zolağında şəkil çəkdirmək istədim. Amma Devidi, uşaqları, anamı, atamı və bacımı görəndə çox təsirləndim. Çünki ailə mənim üçün hər şeydir”.

Məlumat üçün bildirək ki, modelyeri izləməyə gələnlər arasında küsülü olduğu gəlini Nikol Peltç ilə oğlu Bruklin da olub.

Exit mobile version