AUT.AZ

“Araz Naxçıvan” yenə xal itirdi

Futbol üzrə Azərbaycan birinci divizionunda 10-cu turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə” ilə “Səbail”in əvəzediciləri arasındakı oyunda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Sumqayıt”ın ikinci komandası doğma meydanda “Neftçi”nin əvəzedicilərinə uduzub. “Kəpəz”in əvəzedici komandası isə “Zaqatala” üzərində qələbəyə sevinib.

Sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub. “Qarabağ”ın əvəzediciləri səfərdə “Şamaxı”nın ikinci komandasına uduzubsa, “Qaradağ Lökbatan” “Turan Tovuz”un əvəzedici kollektivinə məğlub olub. “Qəbələ”nin ikinci komandası doğma meydanda “Mingəçevir”i 4 cavabsız qolla məğlub edib. Lider “Araz Naxçıvan” isə bu tur MOİK-i qəbul edib. Naxçıvan təmsilçisi bu oyunda qələbəni əldən verib və növbəti xal itkisi ilə üzləşib.

Birinci divizion
10-cu tur
1 noyabr

Zirə-2 – Səbail-2 2:2
Qol
: Samir Ağayev, 42. Mahmud Ağayev, 45+2 – Vidadi Cəfərov, 14; 53.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Şamil İmanzadə
“ASK Arena”, 13:00.

Sumqayıt-2 – Neftçi-2 1:2
Qol
: Nihad Ağayev, 30 – İbrahim Novruzov, 3. Vüsal Əsgərov, 61.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyeva, Emin Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

Kəpəz-2 – Zaqatala 2:1
Qol
: Rauf Əliyev, 36. Cavad Kərimov, 69 – Emin Quliyev, 64.
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Orxan İbişov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

2 noyabr

Şamaxı-2 – Qarabağ-2 4:2
Qol: Tapdıq Əhmədov, 11; 20. Uğur Cahangirov, 40; 60 – Şirxan Həsənzadə, 53. Seyxan Fərəcov, 78.
Hakimlər: Kamran Əliyev, Səbuhi Sultanov, Rasim Axundov, Tural İbrahimov.
Şamaxı şəhər stadionu, 14:00.

Turan Tovuz-2 – Qaradağ Lökbatan 2:1
Qol: Elçin Qasımov, 88. İzzət Müştaqov, 90 – Ceyhun Muxtarlı, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Sənan Atayev, İrşad Aydınov.
Tovuz şəhər stadionu, 14:00.

Qəbələ-2 – Mingəçevir 4:0
Qol: 
Fərid İsgəndərov, 44. Süleyman Damadayev, 57. Tolqar Yaqubov, 74. Aqil Nəsibov, 77.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Araz Naxçıvan – MOİK 3:3
Qol: Həzrət İsayev, 8. Ege Atlam Adnan, 26. Orxan Əliyev, 53 – İlham Allahverdiyev, 21; 82; 84.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev, Sərxan İsmayılov.
Naxçıvan Muxtar Respublika Stadionu 16:00.

Exit mobile version