AUT.AZ

Səfərə 4 itki ilə gedirlər

“Fənərbaxça” Avropa Liqası qrup mərhələsinin 6-cı turunda səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Mert Hakan Yandaş, Dieqo Rossi, Qustavo Enrike və Luan Peres vacib görüşdə “sarı-lacivərtlilər”ə kömək edə bilməyəcək.

Qeyd edək ki, “Dinamo” – “Fənərbaxça” matçı 3 noyabr tarixində Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Exit mobile version