AUT.AZ

Əmirliklərdən Ukraynaya qayıdır?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” komandasının baş məşqçisi Sergey Rebrov Ukrayna millisinin “sükanı arxasına” keçə bilər.

Aut.az xəbər verir ki, 48 yaşlı mütəxəssis hazırda bu posta əsas namizəddir.

Rebrovun 2023-cü il yanvarın 1-də BƏƏ təmsilçisini tərk edərək, yığmanın baş məşqçisi olacağı bildirilib.

Ukrayna millisinin hazırkı baş məşqçisi Aleksandr Petrakovun assosiasiya ilə müqaviləsi başa çatıb. Onun komandadakı taleyi ilə bağlı açıqlama verilməyib.

Rebrov 2021-ci ildən “Əl-Əyn”də işləyir.

Exit mobile version