AUT.AZ

Qorxurlar – türkü havayı əldən verəcəklərindən

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan 2023-cü ilin yayında İngiltərə komandasını pulsuz tərk edə bilər.

Aut.az xəbər verir ki, türk əsilli alman futbolçu “şəhərlilər”lə  yeni müqavilə barədə razılığa gələ bilmir. Bu barədə məlumatı “Football Insider” yayıb.

Belə durum “Siti” rəhbərliyini narahat edir. Onlar türk futbolçunu havayı əldən vermək istəmirlər.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, 32 yaşlı Gündoğanın xidmətində “Bavariya” maraqlıdır. Türkayın da Almaniyaya qayıtmağa etiraz etmədiyi bildirilir.

Onun, gələcək karyerası ilə bağlı qəti qərarı dünya çempionatı başa çatana qədər verməyəcəyi də deyilir. Gündoğanla “Barselona” və “Yuventus” da maraqlanır.

İlkay Gündoğan bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version