AUT.AZ

Qayıtdı

“Real Madrid”in hücumçusu Kərim Benzema ötən gündən məşqə başlayıb.

Aut.Az  xəbər verir ki, “Qızıl top”un sahibi sol bud nahiyəsindən aldığı zədədən sonra 10 günlük məcburi istirahəti başa vurub.

“Real Madrid”in son üç matçını buraxan Benzema bazar ertəsi baş tutan məşqdə yarımmüdafiəçi Orelyen Tçuameni ilə birlikdə ümumi qrupdan ayrı çalışıb. Fransalı forvardın əsas məqsədi DÇ-2022-nin startı üçün optimal formada olmaqdır. Qətərdə keçiriləcək turnirə isə üç həftə qalıb.

Bu mövsüm Benzema “Real Madrid”in heyətində bütün turnirlərdə 11 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Exit mobile version