AUT.AZ

“Qarabağ”ın “Frayburq”la oyunu bu hakimlərə tapşırıldı

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la Almaniyanın “Frayburq” komandası arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

Aut.Az xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Aleksey Kulbakova Dmitri Juk və Aleh Maslianka laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dmitri Dmitryiev yerinə yetirəcək.

Portuqaliyalı Tyaqu Brunu Lopeş Martinş VAR hakimi, Huqo Filipe Ferreyra onun köməkçisi olacaq.
Hakim-inspektor yunanıstanlı Georgios Bikas, UEFA nümayəndəsi isə bolqarıstanlı Boriana Stoyçevadır.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Exit mobile version