AUT.AZ

Qətər britaniyalı deputatlara hədiyyə verib – tərif üçün

Qətər hökuməti 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər Britaniya parlamentinin üzvlərinə hədiyyələr verib.

Aut.az xəbər verir ki, bu məlumatı “The Guardian” yayıb. Məlumata görə, qətərlilər hədiyyələrə 292 min avro xərc çəkiblər.

Hədiyyələrin əvəzində deputatlar Qətər haqqında müsbət fikirlər səsləndirmək öhdəliyi götürüblər.

Britaniyalı deputatlar əvvəlki 5 ildə də hədiyyələr qəbul ediblər. Həmin vaxt hədiyyələrin dəyəri 116 min avro olub.

O da bildirilir ki, britaniyalılar təkcə Qətər hakimiyyətindən hədiyyə qəbul etməyiblər. Daha 15 ölkə onlara hədiyyələr verib. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri bunun üçün 43 min avro xərcləyib.

Aut.az

 

Exit mobile version