AUT.AZ

Polisdən azarkeşlərə qadağa

Bu gün “Olimpik Marsel” Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Tottenhem”i qəbul edəcək.

Aut.Az xəbər verir ki, yerli polis ingilis azarkeşlərin bazar ertəsindən Marsel şəhərinin mərkəzi küçələrində gəzməsini yasaqlayıb.

Bundan başqa, asayiş keşikçiləri bəyanat yayaraq qonaq tərəfdarların bu gün 10:00-dan gecəyarısınadək stadionun ətrafında toplaşmamalarını tövsiyyə edib.

Xəbərə görə, Hotspur klubunun 2 minə yaxın fanatı matçın baş tutacağı “Velodrom” stadionuna polisin nəzarəti altında və avtobusla yollanacaqlar. Mənbə bu addımın rəqib azarkeşlər arasında yaşana biləcək insidentləri sığortalamaq məqsədi ilə atıldığını bildirib.

Tərəflərin yer aldığı D qrupunda “Tottenhem” 8 xalla liderdir. “Sportinq” və “Ayntraxt”ın hərəyə 7 xalı varsa, “Olimpik Marsel” (6 xal) sonuncudur. Bu isə o deməkdir ki, Fransa təmsilçisi qələbə qazanacağı halda, digər matçın nəticəsindən asılı olmayaraq, pley-offa yüksələcək.

Exit mobile version