AUT.AZ

Mourinyodan da çox məvacib alır

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri hər il 9 milyon avro məvacib alır.

Aut.az xəbər verir ki, o, İtaliya çempionatında ən çox maaş alan məşqçidir. Bu barədə jurnalist Tankredi Palmieri “Tvitter” hesabında məlumat verib.

A Seriyasında ən çox maaş alan məşqçilər:

1) Massimiliano Alleqri (“Yuventus”) – 9 milyon avro

2) Joze Mourinyo (“Roma”) – 7 milyon avro

3) Simone İnzagi (“İnter”) – 4 milyon avro

4) Stefano Pioli (“Milan”) – 3,5 milyon avro

55 yaşlı Alleqri 2014-2019-cu illərdə “Yuventus”u çalışdırıb. O, 2021-ci ilin mayında komandaya qayıdıb.

Aut.az

Exit mobile version