AUT.AZ

Əxlaqsız davranışa görə qovuldu

İngiltərə millisinin heyətində qadınlar arasında 2022-ci il Avropa çempionu olna qapıçısı Hanna Hempton milli komandadan qovulub.

Aut.Az  xəbər verir ki, yığmanın baş məşqçisi Sarina Viqman Hemptonu komandanın düşərgəsindəki əxlaqsız davranış və nizam-intizam problemlərinə görə bu qərarı verib.

Mənbənin məlumatına görə Hempton öz həmcinsi olan sevgilisini komandanın düşərgəsinə gətirib, onunla eşq yaşayıb. Bundan əlavə o,  iradlara məhəl qoymayaraq komanda rəhbərliyini məşqlərə gəlməyəcəyi ilə hədələyib.

Ötən yay İngiltərənin qadınlardan ibarət komandası ilk dəfə Avropa çempionu olub. Avro-2022-nin finalında ingilislər Almaniya millisini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib.

Exit mobile version