AUT.AZ

“İnter”in “Barsa”nı məğlub etməsinə təəccüblənməyib

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “İnter”lə keçirəcəkləri  oyun haqda danışıb.

Aut.az xəbər verir ki, Yulian “Bayern & Germany”aya verdiyi açıqlamada “İnter”in “Barselona”ya qalib gəlməsinə təəccüblənmədiyini bildirib:

“Sabah bəzi futbolçular yorğun olduğu rotasiya edəcəyik.  Qələbə qazanmaq istəyirik və qarşıda bizi Bundesliqada da  vacib matçlar gözləyir. Digər futbolçular “İnter”lə matçda özlərini sübut etmək şansı qazanacaqlar. Qrupda 18 xal toplamaq çox yaxşı olardı.

“İnter” də “Barselona” kimi çox yaxşı komandadır. Ancaq hər şeyi detallar həll etdi. Bu turnirdə səhvlərin əvəzini ödəməlisən. “İnter”in güclü futbolçuları, gözəl komandası var. Ona görə də İtaliya klubunun “Barselona”nı qabaqlaması mənim üçün sürpriz olmadı”.

 

Aut.az

Exit mobile version