AUT.AZ

Mundialın qalibi neçə milyon qazanacaq?

Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-də start götürəcək. Aut.az xəbər verir ki, FİFA turnirin mükafat fondunu açıqlayıb.

Dünya Kubokunun qalibləri 38 milyon avro, ikinci yeri tutan yığma 27,27 milyon avro qazanacaq. Qeyd edək ki, eyni məbləği dörd il əvvəl Rusiyada keçirilən dünya çempionatının finalçıları da alıblar.

3 və 4-cü yerləri tutan komandalar müvafiq olaraq 24,45 və 22,64 milyon avro qazanacaqlar. 1/4 finalda mübarizə aparan komandalar 15,4 milyon avro, 1/8 finalda mübarizə aparanlar  isə 11,7 milyon avro mükafat alacaqlar.

Aut.az

Exit mobile version