AUT.AZ

DÇ-2022: Yaponiya millisinin yekun heyəti bilindi

Bu ay Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək Yaponiya millisinin yekun heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, baş məşqçi Moriyasu Hadzime heyətdə 3 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi və 3 hücumçuya yer verdiklərini bildirib.

Qapıçılar: Eyiji Kavaşima (“Strasburq”, Fransa), Şuiçi Qonda (“Şimitsuz Pulse”), Daniel Şmidt (“Sent-Trüden”, Belçika)

Müdafiəçilər: Ko İtakura (“Borussiya”, Münhenqladabax), Hiroki İto (“Ştuttqart”), Hiroki Sakai (“Urava Red”), Şoqo Taniquçi (“Kavasaki Frontale”), Takehiro Tomiyasu (“Arsenal”), Yuta Naqatomo (“Tokyo”), Yuta Nakayama (“Haddersfild”), Miki Yamane (“Kavasaki Frontale”), Maya Yoşida (“Şalke”)

Yarımmüdafiəçilər: Yunya İto (“Reyms”), Vataru Endo (“Ştuttqart”), Daiçi Kamada (“Ayntraxt”, Frankfurt), Takfusa Kubo (“Real Sosyedad”), Qaku Şibasaki (“Leqanes”), Yuki Soma (“Naqoya Qrampus”), Ao Tanaka (“Fortuna”, Düsseldorf), Ritsu Doan (“Frayburq”), Kaoru Mitoma (“Brayton”), Takumi Minamino (“Monako”), Hidemasa Morita (“Sportinq”, Lissabon)

Hücumçular: Takuma Asano (“Bohum”), Ayase Ueda (“Serkl Brügge”), Dayzen Maeda (“Seltik”)

​Mundial noyabrın 20-dən dekabrın 18-dək davam edəcək. Yaponiya E qrupunda İspaniya, Kosta-Rika və Almaniya ilə mübarizə aparacaq.

Exit mobile version