AUT.AZ

Başa düşür ki, millidəki vaxtı başa çatır

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bröyne yığma karyerasını bitirə biləcəyini deyib.

Aut.az Goal.com-a istinadən xəbər verir ki, Kevin Qətərdə keçiriləcək  dünya çempionatından sonra millidəki karyerası haqda düşünəcəyini bildirib:

“İndi 31 yaşım var, 35 yaşa gələndə nə olacağını bilmirəm. İndi üçüncü dünya çempionatında iştirak edəcəyəm. Və başa düşürəm ki, millidəki vaxtım başa çatır”.

Bu mövsüm Kevin Belçika millisinin heyətində 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version