AUT.AZ

“Barsa” satmaq istəyir, o isə…

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gələn il komandanı tərk etmək istəmir.

Aut.az xəbər verir ki, “Barsa” rəhbərliyi “Çelsi” və “Mançester Yunayted”in maraq göstərdiyi 25 yaşlı futbolçunu satmağın əleyhinə deyil. Lakin hollandiyalının özü komandanı tərk etmək istəmir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, qış transfer pəncərəsi zamanı “Liverpul” De Yonqu transfer edəcək. İddia olunurdu ki, klub nümayəndələri futbolçunun agenti ilə görüşüblər.

Frenki “Barselona”ya 2019-cu ilin yayında “Ayaks”dan keçib. Bu mövsüm yarımmüdafiəçi İspaniya çempionatında və Çempionlar Liqasında 15 matçda 1 qol vurub. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ildə başa çatır.

Aut.az

Exit mobile version