AUT.AZ

Avtomobillə xanım azarkeşin ayaqlarının üstündən keçdi – Video

“Barselona”nın müdafiəçisi Ronald Arauxo ehtiyatsızlıqdan azarkeşlərdən birinə xəsarət yetirib.

Aut.az xəbər verir ki, “Barsa”nın bazasının yaxınlığında azarkeşlər futbolçunun avtomobilinin ətrafına toplaşıblar. Hərəkət zamanı ehtiyatsızlıq edən müdafiəçi azarkeşlərdən birinin ayağının üstündən keçib.

“Barselona”nın əməkdaşları xanım azarkeşi bazaya aparıblar və orada klub həkimləri ona tibbi yardım göstərib.

Aut.az

 

Exit mobile version