AUT.AZ

“Ronaldo tərəfindən rədd edilənlərin klubuna xoş gəldin”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun Qari Nevillə salamlaşmaqdan imtina etdiyi barədə xəbər vermişdik.

Xatırladaq ki,  Premyer Liqanın 14-cü turunun “Vest Hem”lə oyunundan əvvəl portuqaliyalı futbolçu “Sky Sports”un aparıcısını və ekspertlərini – “Mançester Yunayted”də sabiq komanda yoldaşı Lui Sahanı və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ceymi Rednappı salamlayıb.

Ancaq Ronaldo onlarla yanaşı dayanan MY-in sabiq müdafiəçisi Nevillə məhəl qoymadan meydançaya qaçıb. Nevill Ronaldonun tənqidçilərindən biridir. Böyük ehtimalla, Kriştiano bu amilə görə onunla salamlaşmayıb.

Portuqal futbolçu ilk dəfə deyil ki, belə hərəkət edir. O, bir müddət əvvəl onu tənqid edən Ceymi Karragerlə də görüşməkdən imtina etmişdi. Onun Nevillə qarşı hərəkətinə də məhz Karrager münasibət bildirib. Aut.az xəbər verir ki, Ceymi sosial şəbəkədə zarafatla belə yazıb:

“Qari, Ronaldo tərəfindən rədd edilənlərin klubuna xoş gəldin”.

Aut.az

 

Exit mobile version