AUT.AZ

Qorxu hissindən məhrumdur

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski heç vaxt qorxu hiss etmədiyini bildirib.

Aut.az xəbər verir ki, Levandovski İspaniya mətbuatına verdiyi açıqlamada bunu belə izah edib:

“Mən heç vaxt qorxmuram. Bilirəm ki, mükəmməl deyiləm, amma qorxu hissi imkanlarınızı məhdudlaşdıra bilər. Ona görə də bu hiss heç vaxt yaxına buraxmıram. Məntiq deyir ki, qorxu haqda düşünmək belə pis başlanğıcdır”.

Polşalı hücumçu bu mövsüm 17 oyunda meydana çıxıb və 18 qol vurub.

Aut.az

Exit mobile version