AUT.AZ

Onlara müəllimlik də edir

Bu mövsümün əvvəlində “Barselona”ya keçən Robert Levandovski nəinki komandanın bombardiri olmağı bacarıb,  həm də gənc futbolçuların köməkçisinə çevrilib.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Mənbə bildirib ki, 34 yaşlı polşalı hücumçu tez-tez Pedri, Qavi və Aleks Baldeyə məsləhət verir, onlara müəllimlik edir.

Levandovski futbolla bağlı məsləhətlərdən əlavə, gənclərə ingilis dilini aktiv şəkildə öyrənməyi tövsiyə edib ki, bu da təkcə meydanda ünsiyyət üçün deyil, həm də qala-tədbirlərdə iştirak üçün zəruridir.

Robert deyir ki, onlar düzgün pəhriz saxlamalı və qazlı içkilərdən uzaq durmalıdırlar. Onun fikrincə, futbolçunun uzunömürlü olmasının sirlərindən biri də budur.

Aut.az

Exit mobile version