AUT.AZ

Klopp “Liverpul”dan gedəcək, əgər…

Liverpool's manager Jurgen Klopp reacts during the English Premier League soccer match between Newcastle United and Liverpool at St. James' Park stadium in Newcastle, England, Saturday, April 30, 2022. (AP Photo/Jon Super)

“Tottenhem”in sabiq futbolçusu Tim Şervud Yurgen Kloppun “Liverpul”dakı durumu haqda danışıb.

Aut.az xəbər verir ki, Şervud “Sky Sports”un efirində deyib ki, “Liverpul” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Klopp postunu tərk edəcək:

“Əgər mövsümün sonunda “Liverpul” “dördlük”də olmasa, baş məşqçi vəziyyəti rəhbərliklə müzakirə etməli və işləmək üçün motivasiyasının olub-olmadığını bilməlidir.

Düşünmürəm ki, Klopp geri qayıdıb işini davam etdirə bilər. Hesab edirəm ki, belə durumda o, komandadan ayrılacaq”.

Aut.az

Exit mobile version